Alman kəşfiyyatı: "AfD daxilində konstitusiyaya qarşı olanların sayı artır"
İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasındakı mötədil siyasətçilərin təsirləri azalır, qarşılığında konstitusiyaya qarşı olanların sayı artır.
"Operativ Media" xəbər verir ki, bu barədə Almaniyada Daxili Kəşfiyyata cavabdeh olan Konstitusiyanın Mühafizəsi Təşkilatının (BfV) rəhbəri Tomas Haldenvanq xəbərdarlıq edib.
O, AfD-nin son partiya toplantısında nümayəndə heyətinin gələn il keçiriləcək Avropa Parlamenti seçkiləri üçün qərəzli namizədləri seçməsinin "narahatedici hadisə" olduğunu söyləyib.
Haldenvanq mötədil siyasətçilərin partiya daxilində öz təsirlərini itirdiyini bildirib: "Bu, partiya daxilində böyüməyə davam edən güclü konstitusiyaya zidd cərəyanların olduğuna dair qiymətləndirməmizi bir daha sübut edir".
“Artıq bəlli oldu ki, keçmişdə azad, demokratik konstitusiya quruluşumuza uyğun gəlməyən mövqelərlə diqqət çəkənlər, növbəti seçkilərlə Avropa Parlamentində təmsil olunacaqlar".
Mühacirlərə və müsəlmanlara qarşı mövqeyi iləi tanınan AfD, ölkədə son sorğulara əsasən baş nazir Olaf Şoltsun Sosial Demokrat Partiyasını (SPD) və hökumət koalisiyasının digər tərəfdaşları Yaşıllar və Azad Demokrat Partiyasını (FDP) qabaqlayaraq təxminən 20 faiz səs toplayıb.
Teqlər:
"Alman kəşfiyyatı: \"AfD daxilində konstitusiyaya qarşı olanların sayı artır\""