Aİ Çinlə bağlı xəbərdarlıq edib
"Çinin hərbi güc nümayişi Cənubi və Şərqi Çin dənizlərində, həmçinin Tayvan boğazında qlobal əks-səda doğura bilər".
"Operativ Media" xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen xəbərdarlıq edib.
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Filippinə səfəri zamanı Filippin Biznes Forumunda etdiyi çıxışında Hind-Sakit Okean regionunda milli təhlükəsizliyi gücləndirmək üçün bu ölkə ilə əməkdaşlığı artıracaqlarını bildirib.
Leyen deyib: "Çinin Cənubi və Şərqi Çin dənizlərində, həmçininTayvan boğazında hərbi güc nümayişi birbaşa Filippinə və bölgədəki digər tərəfdaşlarımıza təsir edir".
O, hərbi güc nümayişinin qlobal əks-səda doğura biləcəyini bildirib: "Dünyanın ən sürətlə inkişaf edən bölgəsi olan Asiyada regional sabitliyin zəifləməsi qlobal təhlükəsizliyə, azad ticarət axınına və bölgədəki maraqlarımıza təsir edir".
Ursula von der Leyen, bu səbəbdən Aİ-nin Hind-Sakit Okeandakı mövcudluğunu gücləndirdiyini qeyd edib: "Azad və açıq Hind-Sakit okeanı təşviq etməyi hədəfləyirik".
Keçmişdə Rusiya ilə geosiyasi fərqləri ticarət yolu ilə idarə edə biləcəklərini düşünərək səhv etdiklərini ifadə edən von der Leyen, "Bu gün əvvəlkindən daha güclü və müstəqilik. Dərsimizi aldıq, eyni səhvi etməyəcəyik", - deyə qeyd edib.
"Filippin məşğulluq və əlavə dəyər yaratmaq üçün nikel mədəninin 90 faizindən çoxunu ölkədə emal etmək əvəzinə Çinə ixrac edir, lakin bu dəyişə bilər. Buna görə də Maniladayam. İnvestisiyalar baxımından tərəfdaşlığı inkişaf etdirmək üçün böyük fürsət var”, - o vurğulayıb.