Menyu

Rusiya Ukraynaya yenidən raket zərbəsi endirib, çox sayda itkilər var

Rusiya Ukraynaya yenidən raket zərbəsi endirib, çox sayda itkilər var
1 dəq oxu

Rusiya Ukraynanın Kriviy Riq şəhərinə raket hücumu həyata keçirib. 

"Operativ Media" xəbər verir ki, hücum nəticəsində 5 nəfər ölüb, 73 nəfər yaralanıb.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kriviy Riq-a hücumları ilə bağlı sosial media hesabında açıqlama verib.

O bildirib ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir: “İlk təsbitlərə görə, 2 ballistik raket ilə hücum edilib. Bir binanın 4-cü mərtəbədən 9-cu mərtəbəyə kimi olan hissəsi tamamilə dağılıb”.

Zelenski hücumda biri uşaq olmaqla 5 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib.

Kriviy Riq Müdafiə Şurasının sədri Aleksandr Vilkul da sosial şəbəkədəki paylaşımında hücumda yaralananların sayının 8-i uşaq olmaqla 73-ə yüksəldiyini qeyd edib.

Əlaqəli Xəbərlər