Menyu

Patruşev: "Kiyevin Krım körpüsünə hücumları ABŞ-nin terrora dəstək verdiyini təsdiqləyir"

Patruşev: "Kiyevin Krım körpüsünə hücumları ABŞ-nin terrora dəstək verdiyini təsdiqləyir"

"Ukraynanın Krım körpüsünə hücumları ABŞ və müttəfiqlərinin Kiyev rejiminə yardım etməklə əslində terrorun sponsorları olduğunu təsdiqləyir".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

"Amerikalı jurnalist Seymur Herş ABŞ rəsmisinə istinadən bildirib ki, Bayden administrasiyası Krım körpüsünə Amerika texnologiyalarından istifadə edilən hər iki hücumda həlledici rol oynayıb. Bu, Kiyev rejiminə maliyyə yardımı göstərməklə və silah ötürülməsini davam etdirməklə bir daha təsdiqləyir ki, ABŞ və onun müttəfiqləri faktiki olaraq terrorun sponsorlarıdır”, - Patruşev qeyd edib.

“Qərbin bu cür hərəkətləri Ukraynada "xüsusi hərbi əməliyyatlar" zamanı həllini tapan vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üzrə vəzifələrin vacibliyini vurğulayır”, - o, əlavə edib.

Teqlər:

"Patruşev: \"Kiyevin Krım körpüsünə hücumları ABŞ-nin terrora dəstək verdiyini təsdiqləyir\""

Əlaqəli Xəbərlər