Menyu

Moldova təhlükəsizlik xidməti Rusiya təhlükəsizlik xidmətləri ilə əməkdaşlığı dayandıracaq

Moldova təhlükəsizlik xidməti Rusiya təhlükəsizlik xidmətləri ilə əməkdaşlığı dayandıracaq

Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti (SIS) bazar ertəsi Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ilə tərəfdaşlıq müqaviləsini ləğv etdiyini və Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) ilə əməkdaşlıq müqaviləsindən çıxmağı planlaşdırdığını bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Müvafiq hüquqi prosedurlardan sonra SIS Rusiya FSB-si ilə tərəfdaşlıq müqaviləsinə xitam verib. Bu barədə Rusiya hakimiyyət orqanlarına rəsmi bildirişlər göndərilib. Eyni zamanda, SIS Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi vasitəsilə Rusiya Xarici Kəşfiyyat Xidməti ilə əməkdaşlığa dair sazişdən geri çəkilməyə başlayıb”, - məlumatda deyilir.

SIS-ın məlumatına görə, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq 2022-ci il fevralın 24-dən sonra dayandırılıb və bu sazişlər “artıq Moldovanın milli maraqlarına və təhlükəsizlik maraqlarına cavab vermir”.

Üstəlik, Rusiyanın Dnestryanı bölgədə “Rusiya xüsusi xidmət orqanlarının mövcudluğuna haqq qazandırmaq üçün” bu razılaşmalardan istifadə etdiyini və indi Moldovanın Rusiyanın bu vasitələrinə son qoymaq istədiyini iddia edib.

Teqlər:

"Moldova təhlükəsizlik xidməti Rusiya təhlükəsizlik xidmətləri ilə əməkdaşlığı dayandıracaq"

Əlaqəli Xəbərlər