Ana səhifə / Dünya / Fransada məhbusların sayı rekord həddə çatıb Fransada məhbusların sayı rekord həddə çatıb 01.08.2023, 09:50 Gozel Həşimova Hazırda Fransada 74 513 nəfər həbsdədir. Bu, ölkə tarixində rekord səviyyə hesab olunur. "Operativ Media" xəbər verir ki, bu barədə Fransa Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, həbsxanalarda izdihamı aradan qaldırmaq üçün COVID-19 pandemiyası dövründə təxminən 10 min məhbus azad edilib. Əlavə edək ki, penitensiar xidmət üzrə doluluq səviyyəsi 122,8% təşkil edib. Həbsxana əhalisi ilk dəfə ötən ilin aprel ayında 73 min nəfəri ötüb. Gözəl Həşimova Teqlər: "Fransada məhbusların sayı rekord həddə çatıb"