http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Prezident Azərbaycan Mərkəzi Bankı ilə bağlı FƏRMAN imzaladı

01 Avqust 2023 , 12:47
Prezident Azərbaycan Mərkəzi Bankı ilə bağlı FƏRMAN imzaladı

Azərbaycanda valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin apardığı valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini Azərbaycan Mərkəzi Bankı (AMB) müəyyən edəcək.

"Operativ Media" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə fərmanında öz əksini tapıb.

Fərmana əsasən, valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına, yəni AMB-ə ərizə ilə müraciət etməlidir.

Eyni zamanda valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün girov vəsaitinin məbləğini də AMB müəyyənləşdirəcək.

Quruma tövsiyə edilib ki, aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat versin:

- valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddi;

- məlumatın forması;

- valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün girov vəsaitinin məbləği;

- valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxsin nizamnamə (şərikli) kapitalının minimum miqdarı, habelə mübadilə fəaliyyətinə lisenziya almış şəxsin bu fəaliyyəti həyata keçirdiyi hər ikinci və növbəti obyekt üçün nizamnamə (şərikli) kapitalının artırılmalı hissəsinin miqdarı.

OXŞAR XƏBƏRLƏR
AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • 11:14

    Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır
  • 11:02

    "Sabah" 250-ə çatdı
  • 10:52

    Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib
  • 10:51

    Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
  • 10:35

    "Tottenhem" - "Qarabağ" matçının 9 illikləri
  • 10:34

    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
  • 10:31

    Məhkəmə "Sumqayıt-4" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini cəzalandırıb
  • 10:16

    Bakıda polisin “saxla” əmrinə tabe olmayıb qaçan şübhəlilər saxlanılıb
Menyu