http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Azərbaycanın xarici dövlət borcu 11 milyard manata yaxın olacaq - PROQNOZ

01 Avqust 2023 , 12:53
Azərbaycanın xarici dövlət borcu 11 milyard manata yaxın olacaq - PROQNOZ

Gələn il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 6 381 milyon ABŞ dolları (10 847 milyon manat) olacağı proqnozlaşdırılır.

"Operativ Media" xəbər verir ki, bu barədə nazirliyin açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilir.

Sənəddə deyilir ki, daxili dövlət borcunun isə 6 688 milyon manat olmaqla ümumi dövlət borcunun 17 536 milyon manat təşkil etməsi gözlənilir.

Bu ilin sonuna xarici dövlət borcunun 49 %-i 5 ilə qədər, 42,6 %-i 5 ildən 10 ilə qədər, 8,4 %-i isə 10 ildən artıq müddətə kreditorlara ödənilməli olacaq. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilə qədər müddətə müvafiq istinad dərəcəsi üstəgəl 0,65 % dərəcəsi ilə, 10-20 illik müvafiq istinad dərəcəsi üstəgəl 0,8 % dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 0,9 % dərəcəsi ilə cəlb olunacağı nəzərdə tutulur.

Daxili dövlət borcunun 40,5 %-ini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcək. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 13 %-i 1 illik, 66,1 %-i 2-3 illik, 20,9 %-i isə 5-7 illik istiqrazların payına düşəcək. Daxili dövlət borcuna xidmət xərcləri 265 milyon təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR
AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • 11:14

    Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır
  • 11:02

    "Sabah" 250-ə çatdı
  • 10:52

    Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib
  • 10:51

    Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
  • 10:35

    "Tottenhem" - "Qarabağ" matçının 9 illikləri
  • 10:34

    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
  • 10:31

    Məhkəmə "Sumqayıt-4" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini cəzalandırıb
  • 10:16

    Bakıda polisin “saxla” əmrinə tabe olmayıb qaçan şübhəlilər saxlanılıb
Menyu