Naxçıvan MR-in büdcəsinin gəlir və xərcləri azalıb
Gozel Həşimova
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 245,8 milyon manat təşkil edib.
“Operativ Media” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.
Sənəddə deyilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,4 % azdır.
Hesabat dövründə Naxçıvan MR-in büdcəsinin xərcləri bu ilin I yarısında 236,5 milyon manat olub ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 % azdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net