Bankların dollara tələbi 2 dəfə artıb

Gozel Həşimova
Bankların dollara tələbi 2 dəfə artıb

Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.

"Operativ Media" Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 66,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Əlavə edək ki, 27 İyul 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 32,5 milyon ABŞ dolları təşkil etmişdi.

Digər xəbərlər