Hindistanda dini yürüş hücuma məruz qaldı: 5 nəfər öldü
Gozel Həşimova
Hindistanın Nuh şəhərində iyulun 31-də dini mərasim zamanı baş verən qarşıdurmalarda 5 nəfər həyatını itirib. Hadisə nəticəsində 50-dən çox insan yaralanıb.
Bu barədə "Operativ Media" "Times of India"ya istinadən xəbər verir.
Məlumata görə, dini yürüş zamanı bir qrup dəstə insanlara daş atıb və avtomobilləri yandırıb. Təxminən üç saat davam edən Nuh toqquşmaları Palval, Fəridabad və Qurqaonun bəzi bölgələrində izdiham hücumlarına səbəb olub. Ümumillikdə isə indiyədək 70 nəfər həbs edilib.
Gərginlik ştatı bürüdükcə bir neçə şəhərdə insanların toplaşması qadağan edilib. Eyni zamanda, Nuh şəhərində iki günlük komendant saatı tətbiq edib. Bununla yanaşı, Nuh və Fəridabadda mobil internet xidmətləri də dayandırılıb.
Gözəl Həşimova
Teqlər:
"Hindistanda dini yürüş hücuma məruz qaldı: 5 nəfər öldü"