Menyu

Çin ABŞ-nin Tayvana hərbi dəstəyinə sərt reaksiya verib

Çin ABŞ-nin Tayvana hərbi dəstəyinə sərt reaksiya verib

Çinin Müdafiə Nazirliyi Tayvana 345 milyon ABŞ dolları məbləğində hərbi dəstək verilməsinə "qətiyyətlə qarşı olduqlarını" açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Çin Qlobal Televiziya Şəbəkəsi (CGTN) məlumat yayıb.

Məlumata görə, Çin Müdafiə Nazirliyi Tayvan məsələsinin Çinin “daxili işi” olduğunu ifadə edərək, bu məsələnin ABŞ-nin “aşmaması lazım olan qırmızı xətt” olduğunu vurğulayıb.

ABŞ-nin Tayvanda "separatçı qüvvələri və təxribatçı davranışları" dəstəklədiyini vurğulanıb. Çin Müdafiə Nazirliyi ABŞ-nin Tayvana hərbi dəstəyinə "qətiyyətlə" qarşı çıxdığına diqqət çəkib.

"Tarix Çinin yenidən birləşməsinə doğru yol alır və heç bir fərd və ya qüvvə buna mane ola bilməz", - bəyanatda deyilib.

Teqlər:

"Çin ABŞ-nin Tayvana hərbi dəstəyinə sərt reaksiya verib"

Əlaqəli Xəbərlər