Menyu

Pakistan: "Regional inkişaf üçün Hindistanla danışıqlara açığıq"

Pakistan: "Regional inkişaf üçün Hindistanla danışıqlara açığıq"

Pakistanın baş naziri Şahbaz Şərif regional inkişaf üçün Hindistanla danışıqlara açıq olduğunu bildirib.

"Operativ Media" xəbər verir ki, Şahbaz Şərif bu barədə paytaxt İslamabadda keçirilən Pakistan Mədən Sammitində açıqlama verib.

O, Hindistanın mühüm məsələləri müzakirə etməkdə ciddi olduğu təqdirdə, Yeni Dehli də daxil olmaqla hər kəslə danışmağa hazır olduqlarını bildirib.

Şərif vurğulayıb ki, anomaliyalar aradan qaldırılmadıqca və ciddi məsələlər dinc və mənalı müzakirələr yolu ilə həll edilmədikcə, Pakistan və Hindistanın normal qonşu ola bilməyəcəyini başa düşmək hər iki tərəf üçün eyni dərəcədə vacibdir.

Müharibənin artıq bir seçim olmadığını dilə gətirən Şərif, regional inkişaf üçün Hindistanla danışıqlara açıq olduğunu və ölkəsinin “heç kimə qarşı kin tutmadığını” söyləyib.

Baş nazir Şərifin Hindistanla bağlı bəyanatları Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) onuncu ildönümünə və CPEC-in ikinci mərhələsinə keçid dövrünə təsadüf edib.

Dünən İslamabadda CPEC-in 10 illik yubileyi çərçivəsində Çin Baş nazirinin müavini Hi Lifinqin iştirakı ilə bayram tədbiri keçirilib.

Teqlər:

"Pakistan: \"Regional inkişaf üçün Hindistanla danışıqlara açığıq\""

Əlaqəli Xəbərlər