Menyu

Türkiyədə çoxmərtəbəli bina yanıb, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Türkiyədə çoxmərtəbəli bina yanıb, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Türkiyənin Kayseri vilayətinin Talas rayonu Mövlana Məhəlləsində yerləşən 13 mərtəbəli binanın xarici izolyasiyasının təmiri zamanı naməlum səbəbdən dam hissəsində yanğın baş verib.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş verən yanğında 1 fəhlə ölüb, tüstüdən zərər çəkən 3 nəfər isə xəstəxanaya çatdırılıb.

Alovun böyüməsindən sonra hadisə yerinə çox sayda sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib.

Sağlamlıq qrupları tüstüdən təsirlənənləri Erciyes Universiteti Tibb Fakültəsi Xəstəxanasına çatdırıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Teqlər:

"Türkiyədə çoxmərtəbəli bina yanıb 1 nəfər ölüb 3 nəfər xəsarət alıb"

Əlaqəli Xəbərlər