Menyu

Belçika öz vətəndaşlarını Nigerdən təxliyə edir

Nərmin Qocamanlı
Belçika öz vətəndaşlarını Nigerdən təxliyə edir

Belçika Nigerdəki hərbi çevrilişdən sonra 15 vətəndaşını Fransa vasitəsilə təxliyə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Hadja Lahbib tviterdə bildirib.

Lahbib fransalı həmkarı Catherine Colonnaya təşəkkürünü çatdırıb və gələcək evakuasiyalar üçün əlaqə saxlayacaqlarını bildirib.

İlk Belçika qrupu yerli vaxtla saat 02:00 radələrində Paris-Şarl de Qoll hava limanına enib.

Nigerdə ​​təxminən 110 Belçika vətəndaşının olduğu bildirilib.

 

Teqlər:

"Belçika öz vətəndaşlarını Nigerdən təxliyə edir"

Əlaqəli Xəbərlər