"Apple" qurucularının 1970-ci illərdə istehsal etdiyi kompüter hərracda satılacaq
Nərmin Qocamanlı
Apple şirkətinin həmtəsisçiləri Stiv Voznyak və Stiv Cobsun 1976-1977-ci illərdə istehsal etdiyi “Apple 1” adlı kompüter hərracda satılacaq.
"Operativ Media" xəbər verr ki, ABŞ-ın Boston şəhərindəki RR Auksion hərrac evinin paylaşdığı məlumata görə, 1980-ci ildə təxminən 666 dollara satılan kompüterin daxili klaviaturası və xüsusi istehsal qutusu var.
Bu ilin əvvəlində "Apple" eksperti Kori Koenin sifarişi ilə hazırlanan və avqustun 24-də hərraca çıxarılacaq kompüter üçün ilk təkliflər alınmağa başlanıb.
Voznyakın 2017-ci ildə imzaladığı “Apple 1”in hərracda 200 min dollara satılacağı gözlənilir.
"Apple 1" ilə yanaşı, 19 mart 1976-cı ildə Jobs və Wozniak tərəfindən imzalanmış çek də satışa çıxarılıb.
Təxminən 117 dollarlıq plata istehsalçısı Ramlor şirkətinə yazılan çekin qiymətinin ilk təkliflərlə 50 min dolları keçdiyi bildirilir.
Teqlər:
"\"Apple\" qurucularının 1970-ci illərdə istehsal etdiyi kompüter hərracda satılacaq"