Peskov: "Rusiya şərtlər tam yerinə yetirilərsə, taxıl müqaviləsinə qayıtmağa hazırdır"
"Rusiya tezliklə taxıl sazişinə qayıtmağa hazırdır, lakin əvvəlcə, Moskvaya aid bəndlər həyata keçirilməlidir".
"Operativ Media" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"Rusiya və prezident Vladimir Putin artıq yüz dəfə təkrarlayıb ki, dərhal sövdələşməyə lazımi qaydada qayıtmağa hazırdır. Təkcə danışıqlara deyil, sövdələşmənin özünə də. Sadəcə olaraq Rusiyaya aid bəndlər həyata keçirilməlidir. Bu, indiyədək edilməyib”, - Peskov bildirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma