Menyu

Ərdoğanla Putin arasında telefon danışığının təfərrüatları açıqlanıb

Ərdoğanla Putin arasında telefon danışığının təfərrüatları açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

"Operativ Media" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, iki lider Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəlib.

Prezident Ərdoğan Rusiyanın Türkiyənin meşə yanğınları ilə mübarizəsi üçün göndərdiyi 2 amfibiya yanğınsöndürmə təyyarəsi üçün həmkarına təşəkkür edərək, rusiyalı turistlərin Türkiyəyə artan marağından məmnunluğunu ifadə edib, bu il birgə səylərlə turizmdə rekordun qırılacağına inandığını bildirib.

Rusiya-Ukrayna müharibəsi zamanı gərginliyi artıracaq addımların atılmaması lazım olduğunu ifadə edən prezident Ərdoğan “sülh körpüsü” hesab etdiyi Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

Qara Dəniz Təşəbbüsünün uzun müddət fəaliyyət göstərməməsinin heç kimə fayda vermədiyinə, ən çox zərəri az gəlirli və taxıla ehtiyacı olan ölkələrin görəcəyinə diqqət çəkən prezident Ərdoğan, müqavilənin işlək olduğu zaman dənli bitkilərin 23 faiz ucuzlaşdığını qeyd edib. 
Bildirib ki, son iki həftədə qiymətlər yüzdə 15 artıb.

Prezident Ərdoğan qeyd edib ki, Türkiyə Qara Dəniz Təşəbbüsünün davam etdirilməsi üçün intensiv səylər və diplomatiya həyata keçirməyə davam edəcək.

Teqlər:

"Ərdoğanla Putin arasında telefon danışığının təfərrüatları açıqlanıb"

Əlaqəli Xəbərlər