Böyük Britaniya Nigerdəki səfirliyinin işçilərini ixtisar edir
Nərmin Qocamanlı
İyulun 26-da Qərbi Afrika ölkəsi Nigerdə xunta hakimiyyəti ələ keçirdikdən sonra İngiltərə bu ölkədəki səfirlik işçilərinin sayını azaltmaq qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamada Nigerdə hakimiyyətin ordu tərəfindən ələ keçirilməsinin etirazlara və iğtişaşlara səbəb olduğu bildirilib və sözügedən etirazların şiddətli ola biləcəyi və vəziyyətin xəbərdarlıq edilmədən sürətlə dəyişə biləcəyi vurğulanıb.
“Təhlükəsizlik vəziyyəti ilə əlaqədar Böyük Britaniyanın Niameydəki səfirliyi müvəqqəti olaraq işçilərin sayını ixtisar edir”, - məlumatda deyilir.
Teqlər:
"Böyük Britaniya Nigerdəki səfirliyinin işçilərini ixtisar edir"