Menyu

İran son bir ayda 43 mindən çox əfqanı deportasiya edib

Nərmin Qocamanlı
İran son bir ayda 43 mindən çox əfqanı deportasiya edib

Taliban son bir ayda 43 mindən çox əfqanın İran tərəfindən deportasiya edildiyini, 46 min əfqanın isə öz istəyi ilə ölkələrinə qayıtdığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, Taliban müvəqqəti hökumətinin immiqrasiya və qayıdış nazirinin müavini Əbdürrəhman Rəşid mövzu ilə bağlı mətbuata açıqlama verib.

Son bir ayda 43 mindən çox qanuni sənədi olmayan əfqanın İran tərəfindən deportasiya edildiyini bildirən Rəşid, təxminən 46 min əfqanın öz istəyi ilə ölkələrinə qayıtdığını qeyd edib.

İran rəsmiləri vaxtaşırı verdiyi açıqlamalarda İranda təxminən 5 milyon əfqanın yaşadığını bildirir.

 

 

Teqlər:

"İran son bir ayda 43 mindən çox əfqanı deportasiya edib"

Əlaqəli Xəbərlər