Menyu

İstanbulda terror təşkilatlarına üzv olan 11 nəfər saxlanılıb

İstanbulda terror təşkilatlarına üzv olan 11 nəfər saxlanılıb

İstanbulda PKK terror təşkilatının hücrə evinə edilən basqında bombaların hazırlanmasında istifadə olunduğu güman edilən partlayıcı maddələr aşkar edilib. Ümumilikdə 11 nəfərin saxlanıldığı əməliyyatda 2 şübhəlinin Sultanqazi Şəhər Meşəsində yanğın törətmək üçün 3 xüsusi mexanizm hazırladığı üzə çıxıb.

"Operativ Media" xəbər verir ki, şübhəlilər "RODEM" kod adı ilə tanıdıqları terror təşkilatı üzvü vasitəsilə xaricdə bir şəxslə əlaqə saxladıqlarını və əllərində xaricdən göndərilən pullarla hazırlanan partlayıcılarda istifadə edilə bilən materialların olduğunu bildiriblər.

Saxlanılan şəxslər partlayıcı qurğunun təyin olunmuş ticarət mərkəzindəki mağazalardan birinə qoyub getdiklərini, gələndə naməlum səbəbdən partladığını bildiriblər.

Teqlər:

"İstanbulda terror təşkilatlarına üzv olan 11 nəfər saxlanılıb"

Əlaqəli Xəbərlər