Putin bürokratlara ancaq yerli avtomobillərdən istifadə etməklə bağlı göstəriş verib
Rusiya prezidenti Vladimir Putin rus bürokratlardan yalnız yerli avtomobillərdən istifadə etməyi tələb edib.
"Operativ Media" xəbər verir ki, Putin ölkəsindəki ictimai qurumların xarici avtomobil alışlarının davam etdirilməsini tələb etdiyini, ancaq özünün buna qarşı olduğunu deyib:
"Bunun mütləq aradan qaldırılmalı olduğunu və ölkədəki bütün bürokratların yerli avtomobillərdən istifadə etməli olduğunu söylədim”, - Putin qeyd edib.
Putin paytaxt Moskvada müxtəlif şirkətlərin yüksək səviyyəli rəhbərləri ilə görüşüb.
Rusiyanın xaricdən idxalı dayandırmağı planlaşdırmadığını vurğulayan Putin, “Təbii ki, idxala ehtiyac var. Amma bəzi əsas şeylər, yəni özümüzün istehlak etdiyimiz şeylər yerli istehsalçılara yönəldilməlidir”, - deyə vurğulayıb.
Teqlər:
"Putin bürokratlara ancaq yerli avtomobillərdən istifadə etməklə bağlı göstəriş verib"