Menyu

Rusiya və Suriya birgə hərbi təlim keçirib

Rusiya və Suriya birgə hərbi təlim keçirib

Rusiya Hərbi Hava Qüvvələri ilə Suriya ordusunun xüsusi təyinatlı qüvvələri Suriyanın Həma şəhərində birgə təlim keçirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Gecə saatlarında keçirilən təlimdə Rusiyanın Su-35, Su-24 döyüş təyyarələri və Mi-8 və Ka-52 helikopterlərindən istifadə edildiyi bildirilib. Birgə təlimə neçə əsgərin cəlb olunduğu barədə məlumat verilməyib. 

Nazirlikdən verilən açıqlamada, “Təlim planına əsasən, şərti düşmən hökumətin nəzarətində olan ərazilərə çatmağı hədəfləyib. Təlim çərçivəsində yaşayış məntəqələrinin azad edilməsi istiqamətində Rusiya qüvvələrinin komandanlığında birgə təlim keçirilib", - deyə qeyd edilib.

“Su-35 və Su-24 qırıcılarının ekipajları xüsusilə mühüm obyektlərdə hücum zonalarını və silahları aşkar etmək üçün kəşfiyyat işləri aparıb. Ka-52 helikopterləri düşmənin zirehli texnikasını və hücum mövqelərini məhv edib. Suriya əsgərləri Mi-8 helikopterlərindən paraşütlərlə 1500-3000 metr hündürlükdən yerə eniblər", - məlumatda bildirilib.

Teqlər:

"Rusiya Suriya birgə hərbi təlim keçirib"

Əlaqəli Xəbərlər