Suriyanın cənubunda yerləşən Əl-Həsəkə əyalətindəki Əl-Şəddadidəki ABŞ hərbi bazası yaxınlığında bir neçə raket partlayıb.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, ABŞ bazası yaxınlığında səmaya qalın tüstü buludu qalxıb.
Mümkün tələfat və maddi dağıntılar barədə məlumat verilmir.
Əl-Şəddadi bölgəsi Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşir. Hazırda həmin ərazidə pilotsuz uçuş aparatı uçur. ABŞ-nin Bağdaddakı hərbi komandanlığının sözçüsü bazaya hücumu hələlik təsdiqləməyib.