Menyu

Medvedev müqaviləli hərbçilərin seçilməsindən danışıb

Medvedev müqaviləli hərbçilərin seçilməsindən danışıb

Rusiya Silahlı Qüvvələrində müqaviləli xidmət üçün seçim sistemi xüsusi hərbi əməliyyat şəraitinə uğurla uyğunlaşdırılıb.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

"Vəzifə eyni olaraq qalır - müqavilə xidmətini mümkün qədər prestijli etmək. Bu məqsədlə son aylarda təşkilati, iqtisadi, sosial, texnoloji qərarlar qəbul edilib. Hər şeydən əvvəl, müqavilə xidmətinin seçim sistemi uğurla mövcud vəziyyətə uyğunlaşdırılıb. Ən vacibi isə odur ki, biz hərbçilərin və onların ailə üzvlərinin sosial müdafiəsini əhəmiyyətli dərəcədə artıra bilmişik”, - deyə o, hərbi kadrlarla təminat məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

Teqlər:

"Medvedev müqaviləli hərbçilərin seçilməsindən danışıb"

Əlaqəli Xəbərlər