Menyu

Ukrayna: "Ərdoğan Putini taxıl müqaviləsinə qaytara biləcək yeganə liderdir"

Ukrayna: "Ərdoğan Putini taxıl müqaviləsinə qaytara biləcək yeganə liderdir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putini Qara dəniz taxıl dəhlizi sazişinə qaytara biləcək yeganə liderdir.

"Operativ Media" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.

Kuleba Qara dəniz taxıl dəhlizi sazişi ilə bağlı Ukraynanın dövlət agentliyi "Ukrinform"a açıqlama verib.

Rusiyanın razılaşmanı dayandırdığını xatırladan Kuleba, Putinin bu razılaşmaya qayıtması ilə bağlı Ukraynanın Türkiyə ilə qarşılıqlı əlaqədə olduğunu bildirib.

Kuleba deyib:

"Ukrayna Putinin Qara Dəniz Taxıl Dəhlizi Sazişinə qayıtması üçün Ərdoğanla koordinasiyadadır. Ərdoğan bu məsələdə Zelenski ilə koordinasiyadadır. Bu, hər iki tərəf üçün faydalıdır. Putini razılaşmaya qaytara biləcək yeganə lider Ərdoğandır".

Teqlər:

"Ukrayna: \"Ərdoğan Putini taxıl müqaviləsinə qaytara biləcək yeganə liderdir\""

Əlaqəli Xəbərlər