İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın ticarət naziri Səid Navid Qəmər ilə onlayn görüş keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir özünün tviter hesabında bildirib.
Pakistanın ticarət naziri Səid Navid Qəmər ilə keçirdiyimiz onlayn görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin və iqtisadi əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini bir daha vurğulayaraq, tərəflər arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən tədbirləri müzakirə etdik.






