Menyu

Fransa: "Nigerdəki xuntanın qərarlarını tanımırıq"

Fransa: "Nigerdəki xuntanın qərarlarını tanımırıq"

Fransa xuntanın Nigerdəki hərbi əməkdaşlıq müqavilələrini ləğv etmək qərarını tanımadığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barərə Beynəlxalq Fransız Radiosu (RFI) məlumat yayıb. 

Məlumata görə, Fransa Xarici İşlər Nazirliyi Niameydəki xuntanın Fransa ilə əvvəlki 5 hərbi əməkdaşlıq müqaviləsini ləğv etmək qərarını tanımadığını açıqlayıb.

Açıqlamada Paris və Niamey arasında yuxarıda qeyd olunan hərbi razılaşmaların çərçivəsinin Nigerin qanuni hökuməti tərəfindən formalaşdırıldığı vurğulanıb.

İyulun 26-da hərbi çevrilişlə Nigerdə ​​hakimiyyəti ələ keçirən “Vətənin Mühafizəsi üzrə Milli Şura”nın (CNSP) sözçüsü Amadou Abdramane, milli televiziyada biri 1977-ci ildə imzalanmış beş hərbi əməkdaşlıq müqaviləsi olduğunu, onların ləğv edildiyini açıqlayıb.

Fransanın keçmiş müstəmləkəsindəki hərbi bazanın taleyi ilə bağlı qeyri-müəyyənlik davam etsə də, ekspertlər xuntanın qərarının dünən Niameydə Fransa səfirliyi qarşısında bu ölkə əleyhinə keçirilən nümayişlərdən sonra verilməsinin təəccüblü olmadığını bildirib.

Teqlər:

"Fransa: \"Nigerdəki xuntanın qərarlarını tanımırıq\""

Əlaqəli Xəbərlər