Menyu

Keniyada 3 gündür davam edən nümayişlərdə 10 nəfər ölüb

Keniyada 3 gündür davam edən nümayişlərdə 10 nəfər ölüb

Keniyada 3 gündür davam edən hökumət əleyhinə nümayişlərdə 10 nəfərin həyatını itirdiyi bildirilib.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Keniya Tibb Birliyi, Keniya Beynəlxalq Amnistiya Təşkilatı və Keniya Hüquq Dərnəyinin müxalifət nümayişləri ilə bağlı hazırladığı hesabat ictimaiyyətlə paylaşılıb.

Hesabatda iyulun 23-25-də keçirilən üç günlük etirazlarda 10 nəfərin həyatını itirdiyi bildirilib.

Hesabatda nümayişlərdə həyatını itirənlərin əksəriyyətinin güllələnərək öldürüldüyü, yaralananların daha çox polis güllələrindən yaralandığı bildirilib.

Ən azı 47 nəfərin güllə yarası ilə xəstəxanaya yerləşdirildiyi bildirilib: "Polis nümayişçilərə qarşı həddindən artıq güc tətbiq edib".

Keniya polisi hələlik bu xəbəri şərh etməyib.

Teqlər:

"Keniyada 3 gündür davam edən nümayişlərdə 10 nəfər ölüb"

Əlaqəli Xəbərlər