Menyu

Peskov: "Başqa vədlər verməkdənsə, ABŞ öhdəliklərini yerinə yetirməlidir"

Peskov: "Başqa vədlər verməkdənsə, ABŞ öhdəliklərini yerinə yetirməlidir"

"Rusiya daha çox vədlər deyil, Qara dəniz taxıl sazişinin Rusiya ilə bağlı ilkin müddəalarının yerinə yetirilməsini gözləyir".

"Operativ Media" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

ABŞ dövlət katibi Antoni Blinkenin Moskvanın taxıl sazişinə qayıtması halında Vaşinqtonun Rusiyadan ərzaq ixracını təmin etmək üçün lazım olan hər şeyi edəcəyinə dair sözlərini şərh edən Peskov deyib: “Amerikalılar istəsələr, ərzaq məhsullarının bir hissəsinin təmin edilməsinə kömək edə bilərlər. Rusiyanı maraqlandıran taxıl sövdələşməsinin yerinə yetirilməsidir. Bu barədə düşünmək, söz vermək yox, yerinə yetirmək lazımdır. Bu, həyata keçirildikdən sonra dərhal sövdələşmə yenidən başlayacaq”. 

Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bu mövqeyini dəfələrlə ifadə edib.

Teqlər:

"Peskov: \"Başqa vədlər verməkdənsə ABŞ öhdəliklərini yerinə yetirməlidir\""

Əlaqəli Xəbərlər