Menyu

ECOWAS Nigerə müdaxilə planı üzərində işləyir

ECOWAS Nigerə müdaxilə planı üzərində işləyir

Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) üzvü olan ölkələrin qərargah rəisləri və yüksək rütbəli hərbçiləri fövqəladə iclas keçiriblər.

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ECOWAS-ın sülh və təhlükəsizlik üzrə komissarı Abdel-Fatau Musaya istinadən məlumat yayıb.

Məlumata görə, iclasda Nigerə hərbi müdaxilə üçün plan hazırlanıb. 

"Görüş zamanı Nigerə mümkün hərbi müdaxilənin bütün elementləri işlənib hazırlandı. Hazırlıqlar paketində lazımi resurslar, eləcə də qüvvələrimizi necə və nə vaxt yerləşdirmək barədə məsələlər var", - Musa deyib.

Onun sözlərinə görə, ECOWAS ölkələrinin liderləri Nigerlə bağlı gələcək tədbirlərlə bağlı yekun qərar verəcəklər.

Bu plan ECOWAS ölkələrinin qərargah rəislərinin və yüksək rütbəli hərbi nümayəndələrinin Abujada keçirilən üç günlük fövqəladə toplantısı zamanı razılaşdırılıb. Toplantı ECOWAS dövlətlərinin rəhbərlərinin göstərişi ilə çağırılıb. 

Teqlər:

"ECOWAS Nigerə müdaxilə planı üzərində işləyir"

Əlaqəli Xəbərlər