Menyu

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Uqandadakı ofisi bağlanıb

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Uqandadakı ofisi bağlanıb

"Uqanda hökumətinin “ev sahibi ölkə müqaviləsi”ni yeniləməmək qərarından sonra Uqandadakı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bağlanıb".

"Operativ Media" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bildirib. 

Uqandada 18 ildir fəaliyyət göstərən ofislərini bağladığı üçün təəssüfləndiyini bildirən Türk, sözügedən ölkədə bu prosesdə böyük irəliləyiş əldə olunsa da, insan haqları ilə bağlı ciddi problemlərin davam etdiyini qeyd edib.

O, 2026-cı ildə keçiriləcək ümumi seçkilər öncəsi Uqandadakı humanitar vəziyyətlə bağlı narahatlığını qeyd edərək, hökuməti Uqandada insan hüquqlarına nəzarət üzrə əsas orqan olan “milli insan haqları qurumunun” effektiv, müstəqil və səmərəli fəaliyyət göstərməsini təmin etməyə çağırıb.

Teqlər:

"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Uqandadakı ofisi bağlanıb"

Əlaqəli Xəbərlər