Qazaxıstan Rusiyanın "Z", "V" kimi simvollarını qadağan edəcək
Redaksiya
Qazaxstanda "Z", "V", "Армия России", "Вежливые люди", "ЧВК Вагнер" hərbi emblemlərinin qadağan edilməsi nəzərdən keçirilir.
"Operativ Media" xəbər verir ki, bu barədə "KazTAG" məlumat yayıb.
“2022 Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Qazaxıstanda “Z” və ya “V” işarələri ilə paltar, oyuncaq, nəqliyyat vasitələrinin nümayişi faktları tez-tez baş verib. Cəmiyyətdə qeyri-müəyyən reaksiyaya səbəb olan müxtəlif simvollarla, xüsusən də “Armiya России”, “Вежливые люди” və s. oyuncaqların ticarət şəbəkələrində satışı və reklamı faktları qeyd edilib. Bununla əlaqədar, Qazaxıstan Respublikasının Baş Prokurorluğu bu il ərazisində bu cür rəmzləri olan (silahlı münaqişələr zamanı münaqişə tərəfləri tərəfindən istifadə olunan) məhsullara qanunvericilik qadağası və inzibati məsuliyyətin tətbiq edilməsi ilə bağlı hökumətə təklif göndərib".
Teqlər:
"Qazaxıstan Rusiyanın \"Z\" \"V\" kimi simvollarını qadağan edəcək"