Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın baş naziri ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ərdoğanın mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı prezident Ərdoğan ilk fürsətdə Malayziya baş naziri İbrahimin dəvəti ilə Malayziyaya səfər edəcəyini bildirib.
Türkiyə-Malayziya əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq əsasında daha da irəli getdiyini ifadə edən prezident Ərdoğan, Şimali Kipr Türk Cümhuriyyətinin Malayziyada Ticarət Bürosunun açılmasına verdiyi razılığı alqışladıqlarını ifadə edib.