Menyu

Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna böhranının həlli ilə bağlı iclas başlayıb

Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna böhranının həlli ilə bağlı iclas başlayıb

Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna böhranının həlli yollarının müzakirə olunduğu görüş təşkil edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Əl-İhbariyye kanalı məlumat yayıb. 

Məlumata görə, Rusiya-Ukrayna böhranının həll yollarını müzakirə edən iclas dünəndən etibarən Ciddə şəhərində başlayıb.

İclasa birsıra ölkələrin milli təhlükəsizlik müşavirləri və nümayəndələrinin qatılacaq. İştirakçı ölkələrin adları və görüşün müddəti ilə bağlı detallara yer verilməyib.

Ərəb mediası 40-a yaxın ölkənin iştirakı ilə iki gün davam edəcək iclasa Ukraynadan bir nümayəndə heyətinin qatıldığına baxmayaraq, Rusiyanın iclasda təmsil olunmadığını bildirib.

Teqlər:

"Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna böhranının həlli ilə bağlı iclas başlayıb"

Əlaqəli Xəbərlər