Əfqanıstanın Bədəxşan əyalətində ötən gün baş verən 5,8 bal gücündə zəlzələdən sonra 5,3 bal gücündə yeni zəlzələ baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 05:02-də baş verən zəlzələnin episentri Bədəxşan əyaləti, maqnitudası isə 5,3 bal olub.
Qonşu ölkələr Özbəkistan, Tacikistan və Pakistanda da hiss edilən zəlzələnin 209 kilometr dərinlikdə baş verdiyi açıqlanıb.
Sözügedən zəlzələ Əfqanıstanın şimal əyalətləri ilə yanaşı paytaxt Kabildə də hiss olunsa da, Taliban administrasiyası dağıntılarla bağlı hələ açıqlama verməyib.
2022-ci ilin iyununda Əfqanıstanda Pakistanla sərhəddəki Paktika əyalətində baş verən 5,9 bal gücündə zəlzələdə 1200 nəfər həyatını itirmişdi.