Meksikada futbol matçında silahlı hücum olub, 4 nəfər ölüb (VİDEO)
Meksikada futbol matçı zamanı silahlı hücum nəticəsində 4 nəfər ölüb, çox sayda insan yaralanıb.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, hadisə Guerrero əyalətinin Tecpan şəhərində baş verib.
Tecpan şəhər yerli hökuməti hücumla bağlı açıqlamasında hadisədən təəssüfləndiklərini, federal və əyalət qruplarının hücumu araşdırmaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün birlikdə işə başladığını bildirib.
Hücum zamanı öldürülən şəxslərdən birinin bölgədəki kartel lideri, digərinin isə onun ən yaxın dostu olduğu təsbit edilib.
Hadisənin cinayətkar dəstələr arasında qarşıdurma ola biləcəyi iddiaları irəli sürülüb.
Teqlər:
"Meksikada futbol matçında silahlı hücum olub 4 nəfər ölüb (VİDEO)"