Hindistan “Çandrayaan-3” kosmik peykini Ayın orbitinə yerləşdirib
Hindistanın iyulun 14-də Ayın cənub qütb bölgəsini araşdırmaq üçün kosmosa göndərdiyi “Çandrayaan-3” kəşfiyyat aparatının orbitə uğurla yerləşdiyi bildirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Hindistan Kosmik Araşdırmalar Mərkəzi məlumat yayıb.
“Çandrayaan-3” Ayın cənub qütbünə enişindən sonra 14 gün (1 Ay günü) xidmət göstərəcək.
Qeyd edək ki, 2008 və 2019-cu illərdə fərqli missiyalar üçün kosmosa buraxılan Çandrayaanın 1-ci və 2-ci sınaqları Ayın səthinə enə bilməmişdi.
Ayda üçüncü kəşfiyyat missiyasını həyata keçirəcək "Çandrayaan-3" uğurlu olarsa, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya yumşaq eniş edən dördüncü ölkə olacaq.