Menyu

Tramp: "Yalnız mən Üçüncü Dünya Müharibəsinin qarşısını ala bilərəm"

Tramp: "Yalnız mən Üçüncü Dünya Müharibəsinin qarşısını ala bilərəm"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp üçüncü dünya müharibəsinin qarşısını almağa qadir olan yeganə şəxs olduğunu iddia edib.

"Operativ Media" xəbər verir ki, o, bu barədə Cənubi Karolinada Respublikaçıların pul toplama aksiyaında danışıb. 

"Mən Üçüncü Dünya Müharibəsinin qarşısını alacağam. Silah bu gün o qədər güclüdür ki, dünyanı məhv edib. Mən bunun baş verməməsinə nail  olacağam. İnanıram ki, bunu edə biləcək yeganə şəxs mənəm", - Tramp bildirib.

O, həmçinin qeyd edib ki, gələn ilin noyabrında seçilərsə, Ukrayna ilə bağlı sülh nizamlanmasına nail olacaq: "Biz bunu dərhal həll edəcəyik. Münaqişəni bu və ya digər tərəf üçün deyil, ədalətli şəkildə həll edəcəyik", - Tramp əlavə edib.

Bundan əvvəl Tramp dəfələrlə bildirib ki, ABŞ-nin hazırkı lideri Co Bayden öz hərəkətləri ilə bəşəriyyəti III Dünya Müharibəsinə sürükləyir. Tramp həmçinin 2024-cü ilin noyabrında yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı vəziyyəti bir gün ərzində həll edəcəyini iddia edib.

Teqlər:

"Tramp: \"Yalnız mən Üçüncü Dünya Müharibəsinin qarşısını ala bilərəm\""

Əlaqəli Xəbərlər