Menyu

Əlcəzair Nigerə hərbi müdaxiləni rədd edib

Əlcəzair Nigerə hərbi müdaxiləni rədd edib

Əlcəzair 26 iyul çevrilişindən sonra Niger Respublikasına hər hansı potensial hərbi müdaxiləyə qarşıdır.

"Operativ Media" xəbər verir ki, bunu Əlcəzair prezidenti Əbdülməcid Tebbun milli televiziyaya müsahibəsində bildirib.

"Nigerə hərbi müdaxilə ilə hədələmək Əlcəzairə birbaşa təhdiddir və biz bunu tamamilə və qəti şəkildə rədd edirik", - Tebbun deyib.

"Problemlər sülh yolu ilə həll edilməlidir. Nigerdə çevriliş baş verdi. Biz konstitusiya quruluşunu dəstəklədiyimizi təsdiqlədik. Bu nizama qayıtmaq lazımdır. Biz onlara kömək etməyə hazırıq", - o, əlavə edib.

Xatırladaq ki, avqustun 4-də Nigeriyanın paytaxtı Abuca şəhərində Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) ali hərbi rəhbərliyinin 3 günlük fövqəladə iclasının iştirakçıları Nigerə mümkün hərbi müdaxilə planını qəbul ediblər.

Əlcəzair və Niger 950 kilometrdən çox quru sərhədini bölüşür.

Teqlər:

"Əlcəzair Nigerə hərbi müdaxiləni rədd edib"

Əlaqəli Xəbərlər