Menyu

Çində leysan yağışları nəticəsində 10 nəfər ölüb

Çində leysan yağışları nəticəsində 10 nəfər ölüb

Çinin şimalında yerləşən Hebey əyalətinin Baodinq şəhərində güclü yağışlar nəticəsində 10 nəfər ölüb, 18 nəfər itkin düşüb. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi şəhərin daşqın və quraqlığa nəzarət qərargahına istinadən məlumat yayıb.

Son bir neçə gündə Doxuri qasırğasının səbəb olduğu fəsadlar nəticəsində Baodinq şəhərinin bütün rayon və mahalları daşqınlara məruz qalıb.

Dünənə qədər Baodinqdə 1,1 milyondan çox insan zərər çəkib və 627 min insan təxliyə edilib.

Daşqınlar 79 min hektar əkin sahəsinə ziyan vurub, 4448 tikili uçub, 7286 tikiliyə ciddi ziyan dəyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər