Moskva vaxtı ilə saat 10:26-dan etibarən Vnukovo hava limanında təyyarələrin gediş-gəlişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a hava limanının mətbuat xidmətindən məlumat verilib.
“Aeroportdan asılı olmayan səbəblərə görə Vnukovo təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edib”, - hava limanının mətbuat xidməti bildirib.
Əlavə edilib ki, təhlükəsizlik məqsədilə səhər saat 10:26-dan etibarən uçuşların bir hissəsi Moskva aviasiya qovşağının digər hava limanlarına yönləndirilib.