Rusiya Ukraynanın Rivne və Xmelnitski vilayətlərinə zərbə endirib
Rusiya Federasiyası Silahlı Qüvvələri gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin Xmelnitski vilayətində yerləşən Starokonstantinov və Rovno vilayətinin Dubno şəhərləri yaxınlığındakı aviabazalarına dəqiq silahlarla zərbələr endirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib.
“Bu gecə Rusiya Federasiyası Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Starokonstantinov, Rivne, Xmelnitski vilayəti və Dubno yaşayış məntəqələri ərazilərindəki aviabazalarına uzaqmənzilli dəqiq idarəolunan hava və dəniz silahları ilə qrup şəklində zərbə endirib. Hücumlar zamanı qarşıya qoyulan məqsədə nail olunub. Bütün təyin olunmuş hədəflər vurulub”, - deyə o bildirib.
O, əlavə edib ki, gün ərzində Rusiya Silahlı Qüvvələri Donetsk, Zaporojye, Krasnolimansk, Kupyansk və Yujno ərazilərində hərbi əməliyyat keçirməyə davam edib, ukraynalı hərbçiləri məğlubiyyətə uğradıb və hücum cəhdlərini dəf edib.
Teqlər:
"Rusiya Ukraynanın Rivne və Xmelnitski vilayətlərinə zərbə endirib"