Ana səhifə / Dünya / Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 olub Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 olub 06.08.2023, 14:49 Gürcüstanın Şoui şəhərində güclü yağışdan sonra baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. "Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb. Qeyd edilib ki, axtarış işləri davam edir və indiyə qədər 17 nəfərin meyiti tapılıb. Axtarış işlərinə fövqəladə hallar idarəsinin yanğınsöndürənləri, polis bölmələri, PUA-lar, xüsusi texnika və sərhəd polisi helikopteri daxil edilib. Xilasetmə əməliyyatı zamanı 200-dən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. Gürcüstan mediası 18 nəfərin hələ də itkin düşdüyünü bildirib. Teqlər: "Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 olub"