Pakistanda qatarın relsdən çıxması nəticəsində 15 nəfər ölüb
Pakistanın Sind əyalətinin Nəvabşah şəhəri yaxınlığında 10 qatar vaqonunun relsdən çıxması nəticəsində azı 15 sərnişin ölüb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Geo News" telekanalı polisə istinadən məlumat yayıb.
Məlumata görə, daha 50 nəfər yaralanıb.
Hazırda xilasetmə işləri aparılır. Yaxınlıqdakı xəstəxanalarda fövqəladə vəziyyət elan edilib.
Zərərçəkənlərə tibbi yardım göstərilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net