Menyu

Hatayda yenidən meşə yanğını başlayıb

Hatayda yenidən meşə yanğını başlayıb
1 dəq oxu

Hatayın Antakya rayonunda meşə yanğını başlayıb. 

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tahtaköprü Məhəlləsindəki meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.

Xəbərdarlıqdan sonra hadisə yerinə 2 yanğınsöndürmə vertolyotu, 15 çiləyici maşın, 2 su çəni ilə təhciz edilmiş Meşə Region Müdirliyi qrupları bölgəyə sövq edilib.

Ekipajlar yanğını söndürmək üçün havadan və qurudan müdaxilə etməyə davam edir.

Əlaqəli Xəbərlər