Menyu

Drujba neft kəmərinin Polşadan keçən hissəsində fəaliyyət dayandırılıb

Drujba neft kəmərinin Polşadan keçən hissəsində fəaliyyət dayandırılıb

Drujba neft kəmərinin Almaniya istiqamətindəki iki qolundan biri Polşadan keçən bir hissədə sızma səbəbindən sıradan çıxıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə boru kəməri şirkətinin Polşa bölməsinin operatoru PERN məlumat verib.

"Şənbə günü axşam saatlarında PERN avtomatlaşdırma sistemləri qərb hissəsinin iki qolundan birində, Xodeç ərazisində "Drujba" boru kəmərində sızma aşkar edib. Həmin boru vasitəsilə neft Almaniyaya daxil olur. Zədələnmiş hissədə nasoslar dərhal dayandırılıb", - məlumatda deyilib.

Qeyd olunub ki, neft kəmərinin ikinci qolu hazırda aktivdir, yerli sakinlərin həyat və sağlamlığı üçün heç bir təhlükə yaratmır.

Hadisə yerində Dövlət Yanğından Mühafizə Xidməti və PERN-in təcili yardım xidmətləri çalışır. Hadisənin səbəbləri araşdırılır. 

Teqlər:

"Drujba neft kəmərinin Polşadan keçən hissəsində fəaliyyət dayandırılıb"

Əlaqəli Xəbərlər