Menyu

Medvedev: "Kiyev mərhəmət diləyənə qədər danışıqlara ehtiyac yoxdur"

Medvedev: "Kiyev mərhəmət diləyənə qədər danışıqlara ehtiyac yoxdur"

Kiyevdən mərhəmət diləməyə başlayana qədər Ukraynadakı vəziyyətlə bağlı danışıqlara ehtiyac yoxdur. 

"Operativ Media" xəbər verir ki, bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev özünün teleqram kanalında bildirib.

Siyasətçi vurğulayıb ki, Ukrayna məsələsi üzrə danışıqlar prosesi yalnız hər iki tərəfin iştirakı və cari reallıqlar, o cümlədən Rusiya Federasiyasının "yeni regionları" nəzərə alınmaqla aparılmalıdır. 

Medvedev Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən məsləhətləşmələrdə prezident Volodimir Zelenskinin təklif etdiyi Ukraynada nizamlanma formulasının bəndlərinin müzakirəsi üçün işçi qrupların yaradılması ilə bağlı qəbul edilən qərarı şərh edib.

"Danışıqlar hələ lazım deyil. Düşmən dizləri üstə sürünərək mərhəmət diləməlidir", - Medvedev yazıb. 

Teqlər:

"Medvedev: \"Kiyev mərhəmət diləyənə qədər danışıqlara ehtiyac yoxdur\""

Əlaqəli Xəbərlər