Menyu

Alman deputat: "Ukraynaya “Taurus” qanadlı raketləri verilməlidir"

Alman deputat: "Ukraynaya “Taurus” qanadlı raketləri verilməlidir"

Almaniya Sosial Demokrat Partiyasından (SPD) Bundestaqın deputatı Andreas Şvarts hökuməti Kiyevi uzaqmənzilli “Taurus” qanadlı raketləri ilə təmin etməyə çağırıb.

"Operativ Media" xəbər verir ki, bu  barədə deputat "Der Spiegel" jurnalına açıqlamasında bildirib. 

"Əks-hücum dayanıb, Ukraynanın ciddi hava dəstəyi yoxdur. Yalnız "Taurus" qanadlı raketləri ilə Ukrayna ordusu rusların yaratdığı mina sahələrini keçə və ərazini geri ala bildi", - o bildirib. 

Bundan əvvəl Yaşıllar Partiyasından, Azad Demokrat Partiyasından (FDP), o cümlədən Xristian Demokratik və Xristian Sosial Birliklərinin müxalifət blokundan bəzi siyasətçilər bu silahların Kiyevə ötürülməsi zərurətini bəyan etmişdilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər