Menyu

KİV: Polşa Belarusla sərhədə əlavə 1000 hərbçi göndərə bilər

KİV: Polşa Belarusla sərhədə əlavə 1000 hərbçi göndərə bilər

Polşa Sərhəd Mühafizəsi ölkənin Belarusla sərhədinə əlavə 1000 hərbçi göndərilməsini istəyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Polşanın PAP xəbər agentliyi məlumat yayıb. 

Məlumata görə, Polşa-Belarus sərhədində bəziləri zorakılıq xarakteri daşıyan bir sıra insidentlər baş verib.

Polşa daxili işlər nazirinin müavini Maçey Vasik qeyd edib ki, sərhəddəki hadisələrdən sonra Polşa Sərhəd Mühafizəçiləri ölkənin Belarus sərhədinə əlavə 1000 əsgər göndərilməsini istəyib.

Vasik Belarus sərhədində Polşa əsgərlərini hədəf alan təcavüzün səviyyəsinin artdığını qeyd edib.

Qeyd edək ki, Polşa hakimiyyəti son həftələr sərhəd təhlükəsizliyinin artırılması ilə bağlı bəyanatlarını gücləndirib. Xüsusən də Rusiyanın özəl hərbi şirkəti "Vaqner"in Belarusda yerləşdirilməsindən sonra artan təhlükəsizlik narahatlıqları səbəbindən bu addımlar sərtləşdirilir.

Teqlər:

"KİV: Polşa Belarusla sərhədə əlavə 1000 hərbçi göndərə bilər"

Əlaqəli Xəbərlər